Kaliforniya yanğınlarla mübarizəyə 2,5 milyard dollardan çox vəsait ayırıb


Amerikanın Kaliforniya ştatının hakimiyyəti Los-Anceles qraflığında meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.


AFN.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom bildirib.

Qubernator X-də yazıb: "Mən indicə Los-Anceles qraflığında meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2,5 milyard dollardan çox vəsaitin ayrılmasına icazə verən iki sərəncam imzaladım".

Yanğın məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox binanı məhv edib. ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden, aktrisa və model Paris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb. Son məlumatlara görə, 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların iqtisadi ziyanı 250 milyard dolları ötüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu