Şolzdan Maska cavab: Həqiqətən də iyrəncdir


Almaniya kansleri Olaf Şolz amerikalı iş adamı İlon Maskın ifrat sağçı siyasətçilərə dəstəyini iyrənc adlandırıb.



Paytaxt Berlində jurnalistlərə açıqlama verən kansler Şolz sosial demokrat olaraq varlı media sahibkarlarının Almaniya siyasətinə müdaxiləsinə öyrəşdiyini bildirib.

Bununla belə, Şolz Maskın bütün Avropada ifrat sağçı siyasətçilərə güclü dəstəyinin yeni bir şey olmadığını söyləyərək, "Bu, həqiqətən də iyrəncdir və bütün Avropa İttifaqında (AB) demokratik inkişaf üçün yaxşı deyil" deyib.

Şolz ABŞ-ın Almaniyanı xilas etməsindən və ölkənin yenidən demokratikləşməsinə kömək etməsindən məmnunluğunu ifadə edərək “Buna görə də İlon Maskın ifrat sağçıları dəstəkləməsinə və keçmiştə almanların Avropada çox sayda yəhudi və digər insanları öldürməsinə lazımi cavab verməməsinə görə qəzəblənirəm" əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu