Şolz ilin sonuna qədər Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb


Almaniya Ukraynaya 650 milyon avro (683 milyon dollar) məbləğində hərbi yardım paketi köçürməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bununla bağlı Kiyevdə səfərdə olan Almaniya kansleri Olaf Şolz açıqlama verib.

"Müdafiə texnikası bu ilin sonuna kimi gələcək" - deyə Almaniya kansleri X hesabında yazıb.

“Almaniya Ukraynanın Avropada ən güclü dəstəkçisi olaraq qalacaq. Zelenski ilə görüşdə dekabrın sonunadək təhvil veriləcək 650 milyon avro dəyərində əlavə müdafiə ləvazimatlarını elan edəcəyəm”, - kansler vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu