Restoran və hotellər Qastroturizm Akademiyasına böyük maraq göstərir


“Turan” Qastroturizm Akademiyası restoran və hotellərdən əməkdaşların kurslarda iştirakı ilə bağlı çoxsaylı müraciətlər alır.


Akademiyanın icraçı direktoru Doğan Tomris bu barədə “Turan” Qastroturizm Akademiyası tərəfindən təşkil edilən infotur zamanı iştirakçılara açıqlamasında bildirib. Azərbaycanda restoran və hotel sahəsində xidmət sektorundakı mövcud nöqsanları aradan qaldırmaq üçün qastroturizmlə bağlı peşəyönümlü kursun fəaliyyətinin vacib olduğunu deyən Doğan Tomris burada 11 ixtisas üzrə peşə təhsilinin həyata keçirildiyini də diqqətə çatdırıb.
Akademiyanın rəhbəri restoran və hotellərin kurslara çox böyük maraq göstərdiyini, sifarişlərin çox olduğunu da deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu