Fırat Dursun: İstəyirəm Azərbaycan qastroturizm ölkəsi olsun


“Azərbaycana ilk dəfə 2012-ci ildə gəldim, buranı vətənim kimi sevdim, o gün bu gündür ki, buradayam”.


AFN.az xəbər verir ki, bunu Sumqayıt şəhərində yerləşən və milli mətbəximizin zənginliklərini yaşadan “Turan” Qastroturizm Akademiyası tərəfindən təşkil edilən infotur zamanı “PFM catering” şirkətinin rəhbəri Fırat Dursun deyib. Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində olub və hər zaman qarşılaşdığı qonaqpərvərlik, gördüyü və daddığı mətbəx nümunələri onu valeh edib: “Azərbaycan mətbəxi ilə həmişə fəxr etmişəm. Bu vurğunluğun nəticəsidir ki, Azərbaycanda olduğum 13 il ərzində bütün fəaliyyətimi bu ölkənin rəhgarəng mətbəx təamlarının təbliğinə həsr etdim. Hazırda qurucusu olduğum “PFM catering” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir”.
Fərat bəy onu da bildirib ki, 2015-ci ildə Azərbaycan Londonda keçirilən aşpazlıq yarışmasında birinci yerin sahibi olub, şirkət olaraq qarşılarına 2026-cı ildə keçiriləcək növbəti yarışmada bu rekordu təzələmək məqsədini qoyublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu