Norveç ekipajı bütövlükdə Rusiya vətəndaşları olan gəmini saxlayıb


Rusiya vətəndaşlarından ibarət ekipajı olan Norveçin “Silver Dania” gəmisi Baltik dənizində kabelə ziyan vurmaqda şübhəli bilinərək Latviyanın tələbi ilə Norveç Sahil Mühafizəsi tərəfindən saxlanılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallıq polisinin mətbuat xidməti məlumat yayıb.

"Latviya hakimiyyətinin qanuni sorğusu əsasında Tromso dairəsinin polis idarəsi Norveç qeydiyyatında olan "Silver Dania" gəmisini saxlayıb. Gəmi Sankt-Peterburq və Murmansk arasında üzür. Gəmidəki bütün heyət ruslardır. Gəmi ilə bağlı şübhələr var. Baltik dənizində Latviya və İsveç arasında fiber-optik kabelə ciddi ziyan vurduğu ehtimal edilir”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, hazırda Norveç polisi rusiyalı ekipajı dindirir: "Gəmi ötən gecə polis əməliyyatı zamanı sahil mühafizə gəmisi "KV Bison"un köməyi ilə saxlanılaraq bu gün Tromsodakı Breyvik limanına gətirilib. Hazırda polis axtarış aparmaq, müsahibələr aparmaq və sübutları təmin etmək üçün gəmidədir. Ekipaj və gəmiçilik şirkəti könüllülük əsasında Norveç hökuməti ilə əməkdaşlıq edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu