Şimali Koreya ABŞ dövlət katibinin “yarmaz dövlət” ifadəsinə sərt cavab verdi
Şimali Koreya ABŞ dövlət katibi Marko Rubionun “yarmaz dövlət” ifadəsini işlətməsini tənqid edib və ABŞ-ın istənilən təxribatına cavab verəcəyini bildirib.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmisinin bəyanatına istinadən Rubionun müsahibəsində son vaxtlar "yarmaz dövlət" ifadəsini işlətməsini tənqid etdiyini bildirib.
Məlumata görə, Rubionun bəyanatları ciddi siyasi təxribat kimi qiymətləndirilib və ehtiyatsızcasına suveren dövlətin imicinə xələl gətirmək məqsədi daşıdığı vurğulanıb.
Bəyanatda Rubionun çıxışının siyasi meylləri və ABŞ-ın Şimali Koreyaya qarşı köklü nifrətini nəzərə alaraq ifadənin yeni bir şey olmadığı qeyd edilib və Rubionun Şimali Koreya haqqında yaxşı bir şey deməsinin daha təəccüblü olacağı bildirilib.
Qeyd edək ki, sözügedən müsahibədə dövlət katibi Rubio Şimali Koreya və İranı xarici siyasət qərarları verərkən “məşğul olmalı olduğumuz yaramaz dövlətlər” kimi təsvir edib.