Rusiya: Putin və Tramp gələcək danışıqlarda daha çox nəticə əldə edə bilər
![](/uploads/posts/2025-02/kremlin-reu-1773993_1.jpg)
Rusiya parlamentinin aşağı palatasının Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, prezident Vladimir Putin və ABŞ prezidenti Donald Tramp gələcək danışıqlarda daha çox nəticə əldə edə bilərlər.
Slutski paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Putinlə Trampın telefon danışığını dəyərləndirib.
Görüşün əhəmiyyətinə işarə edən Slutski "Putin-Tramp telefon danışığı Qərbin Rusiyaya qarşı blokadasını qırıb və iki ölkə arasında donmuş təmasların başlamasını təmin edib" deyib.
Görüş zamanı Putinin Trampı Moskvaya dəvət etdiyini qeyd edən Slutski "Putin və Tramp gələcək danışıqlarda daha çox nəticə əldə edə bilərlər. Bu gün qlobal təhlükəsizlik və planetdə sülhün bərqərar olması nüvə silahına malik iki dövlət arasında əlaqələrin konstruktiv və praqmatik kursa qayıtmasından asılıdır" bildirib.
Digər tərəfdən, Slutski ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərdən danışmaq üçün hələ tez olduğunu qeyd edib.
Rusiyalı senator Aleksey Puşkov da Putin-Tramp görüşünün dünya siyasi və diplomatik tarixinə düşəcəyini qeyd edərək, “Bu, ikitərəfli münasibətlərdə dönüş nöqtəsinə doğru ilk addımdır” deyib.
Qeyd edək ki, Kreml dünən Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında 1,5 saatlıq telefon danışığı apardığını və iki liderin təmasları davam etdirmək qərarına gəldiyini açıqlayıb.