Almaniyada 300 minə yaxın ukraynalı iş tapıb

2024-cü ilin noyabrına olan məlumata görə, Almaniyada işləyən Ukrayna vətəndaşlarının sayı 296 min nəfərə çatıb.
Bu barədə Bild nəşri məlumat yayıb.
Bu, Ukraynada münaqişə başlayana qədərki göstəricidən 230,5 min nəfər çoxdur. Məşğul olanlardan 245,2 min nəfəri məcburi sosial sığorta olan işlərdə çalışır. Ukraynalılar sənaye istehsalı, ticarət, səhiyyə, tikinti, otel biznesi və bir çox başqa sahələrdə iş tapırlar.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, münaqişə başlayandan bəri Ukraynadan olan təxminən 1,65 milyon qaçqın ölkədə qeydiyyatdan keçib. Onların hamısı işsizlərə verilən “mülki müavinət”i almaq hüququna malikdir.