KİV: ABŞ xarici yardımın dondurulmasında Kiyev üçün istisnaları müzakirə edir


Dövlət Departamentinin rəsmiləri ABŞ-ın xarici yardımı dayandırması ilə bağlı Ukraynaya əlavə güzəştlərin mümkünlüyünü müzakirə edirlər.


AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Dövlət Departamentinin yüksək vəzifəli məmurları Ukrayna üçün xarici yardımın dondurulmasından əlavə istisnaların siyahısını tərtib edir ki, bu da ölkəyə hazırda dayandırılan müəyyən iqtisadi və təhlükəsizlik yardımlarına çıxış imkanı verə bilər" - deyə materialda qeyd edilir. Nəşrin mənbələrinə görə, bu istisnalar təsdiq olunarsa, onlar daha əvvəl ABŞ dövlət katibi Marko Rubionun digər ölkələrə əlavə yardım üçün verdiyi icazələrdən kənara çıxacaqlar. Onlar xüsusilə minalardan təmizlənmə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə ilə bağlı olub.

Məqalədə vurğulanır ki, bu məsələnin ABŞ Dövlət Departamentində müzakirəsi Tramp administrasiyasında Kiyevlə necə davranılması ilə bağlı daxili fikir ayrılıqlarının mövcudluğundan xəbər verir. "Praktik səviyyədə, hətta yeni istisnalar olsa belə, Kiyevə əlavə yardım göstəriləcəyinə hələ də əminlik yoxdur” - deyə "Politico" yazır.

Materialda Kiyev üçün potensial istisnalar məsələsinin hansı səviyyədə müzakirə olunduğu göstərilmir. Son qərarı konkret olaraq hansı məmurların nə vaxt verəcəyi də bəlli deyil. Dövlət Departamentindən bu mövzu ilə bağlı suala belə cavab verilib: "Milli maraqlarımıza uyğun olan proqramlar davam edəcək. Lakin milli maraqlarımıza uyğun olmayan proqramlar dayanacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu