Reşetnikov: İqtisadiyyatda soyuma başlayıb


Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya iqtisadiyyatında soyuma prosesinin başladığını bildirib.



Reşetnikov Rusiya parlamentinin aşağı palatası Dumada çıxışında ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

Rusiya iqtisadiyyatında böyümənin artıq ön planda olmadığına diqqət çəkən Reşetnikov “Bəzi sektorlardakı yavaşlama ilə yanaşı, şirkətlərdən gələn sifarişlərdə də azalma müşahidə edirik. Pul siyasətindəki sərtlik də davam edir” deyib.

Rusiya iqtisadiyyatının keçən il nəzərəçarpacaq dərəcədə böyüdüyünü deyən Reşetnikov, indi soyuma prosesinin başladığını bildirib: “Xüsusilə də əsas göstəricilərdəki vəziyyət bunu təsdiqləyir”.

İnflyasiyanın azaldılması ilə yanaşı iqtisadi artımı və makroiqtisadi sabitliyi qorumaq üçün çalışdıqlarını vurğulayan Reşetnikov “Dövlət şirkətlərinin özəl sektorun investisiyalarını boğmamasını, xüsusən də dövlət borclarını nəzarət altında saxlamalarını təmin edirik” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu