İlham Əliyev sabah Türkiyəyə gedəcək


Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.


AFN.az Türkiyə mediasında istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib. Səfər Türkiyə liderinin dəvəti ilə baş tutacaq.

Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı vasitəsilə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu