ABŞ Yəməndə husilərin silah anbarlarına zərbələr endirib


ABŞ qüvvələri Yəmənin şimal-qərbindəki Saada əyalətində "Ənsar Allah"a (Husi) məxsus hədəflərə hücum edib.


AFN.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilir ki, üsyançıların silah saxlamaq üçün istifadə etdikləri anbarlar atəşə tutulub.

Ölənlər və yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu