KİV: Rüsum artımından sonra ABŞ limanları idxal olunan avtomobillərlə doldu

Tramp administrasiyasının idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməsi onların Amerika limanlarında "donub qalmasına" səbəb olub.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, bəzi limanlar artıq dolub və liman körpüləri ilə bağlı vəziyyət bir neçə həftə ərzində kritik hala gələ bilər.
Nəşrin məlumatına görə, avtomobil istehsalçılarının tələbi ilə avtomobillərin dilerlərə çatdırılması dayandırılıb. Limanlarda avtomobil saxlama haqları yüksəkdir və ixracatçılar nəqliyyat vasitələrini müvəqqəti olaraq rüsumsuz saxlaya biləcəkləri ABŞ-ın gömrük anbarlarına köçürmək istəyirlər.
"Avtomobil istehsalçıları ABŞ və onun ticarət tərəfdaşları arasında hər hansı bir kompromis olub-olmayacağını görmək üçün gözləyirlər" - deyə nəşr bu sahədə olan mənbədən sitat gətirib. Bir çoxları hələ də Trampın idxal olunan avtomobillərə tətbiq etdiyi tariflərin uzun müddət davam etməyəcəyinə ümid edirlər ki, bu da onların bəzilərini Avropa zavodlarından və ya limanlarından avtomobillərin daşınmasını dayandırmağa vadar edib.
"Dəmir yolu ilə gətirilən Kanada istehsalı olan bəzi avtomobillər Detroit limanının girişində ilişib qalıb" - detə mənbə bildirib.