Talibanın BMT statusu dəyişməz olaraq qalır


Taliban hərəkatının BMT-dəki statusu dəyişməz olaraq qalır, Rusiya Federasiyasında hərəkatın fəaliyyətinə qoyulan qadağanın dayandırılması Rusiyanın suveren qərarıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ənənəvi brifinqdə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Taliban hərəkatı BMT-nin terror təşkilatları siyahısına daxil edilib və BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalıb: "Bu, Rusiya Federasiyasının suveren qərarıdır. Üzv ölkələr tərəfindən yaradılmış Talibanın BMT-dəki statusu dəyişməz olaraq qalır", - Düjarrik məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Rusiya Federasiyasının Ali Məhkəməsi baş prokurorun Rusiyada Taliban hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı inzibati iddiasını təmin edib. Qərar dərhal qanuni qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu