Sülhə gedən yol yaranmasa, ABŞ Ukrayna nizamlanmasından geri çəkiləcək - Rubio

Tezliklə sülhə gedən aydın yol ortaya çıxmasa, ABŞ Ukraynaya sülh gətirmək səylərindən əl çəkəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında bildirib.
Onun bəyanatını Dövlət Departamentinin sözçüsü Tammi Bryus səsləndirib. "Katib, ölkəmizin müharibənin sona çatmasına kömək etməyə sadiq qaldığı halda, sülhə aparan aydın yol tezliklə ortaya çıxmazsa, Birləşmiş Ştatların sülh vasitəçiliyi səylərindən geri çəkiləcəyini vurğuladı" - deyə Bryus bildirib.
Onun sözlərinə görə, Rubio Rutteyə Parisdə Ukrayna nümayəndə heyətinə və Rusiya rəsmilərinə telefonla təqdim olunan sülh təklifi barədə məlumat verib. "Dövlət katibi prezident Donald Tramp və ABŞ-ın bu təklifin qəbul ediləcəyinə və Ukraynada möhkəm və davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib", - deyə diplomat vurğulayıb.