Dünyada bir ilk: Robotlar insanlarla eyni yarışda qaçdılar

Tarixi hadisə ilk dəfə Çində baş verib. İkiayaqlı insanabənzər robotlar ilk dəfə insanların iştirak etdiyi rəsmi yarımmarafonda yarışıblar.
Yarım marafon Pekinin cənub-şərqindəki Yizhuang rayonunda baş tutub. Bu ərazi paytaxtın əsas texnologiya şirkətlərinin məskənidir. Robotlar təxminən 12 min insanın olduğu 21 kilometrlik tras boyunca qaçıblar. Robotlar onlar üçün xüsusi olaraq ayrılmış zolaqlarda hərəkət ediblər.
Yarışda bəzi çətinliklər də var idi: kiçik təpələr, dönmələr və uzun məsafələr... İnsanlar suda fasilə verdiyi kimi, robotlara da batareyaları dəyişmək hüququ verilmişdi. Bununla belə, hər ehtiyat robotun istifadəsi yarış müddətində 10 dəqiqəlik cəza kimi əks olunub.
Yarışı tamamlayan ilk robot Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış 1,8 metr hündürlüyündə Tiangong Ultra olub. Robot dövrəni 2 saat 40 dəqiqəyə başa vurub. Bu müddət insanların dünya rekordu olan 56 dəqiqədən çox uzaqdır.
Robotda yalnız üç batareya dəyişikliyi olub. Lakin balansında problemlər yarandığına görə bir işçi dəstək vermək üçün yarış boyu onun arxasınca qaçıb. Əksər robotlar da oxşar dəstəklə qaçırıblar, bəziləri isə ip və ya pultla idarə olunub.
Mərkəzin baş texnologiya direktoru Tang Jian bildirib ki, Tiangong Ultra-nın uzun ayaqları və insan qaçışını təqlid edən xüsusi alqoritm üstünlüklər verir.
Son zamanlar Çinin insanabənzər robotları velosiped sürmək, təpik vurmaq və salto vurmaq kimi qabiliyyətləri ilə internetdə trend mövzusuna çevrilib. Bu hadisələr Çinin texnoloji yarışda ABŞ-a yetişmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 2023-cü ildə dərc etdiyi sənəddə insanabənzər robot texnologiyasını texnoloji rəqabətdə yeni sərhəd olaraq xarakterizə edib. Məqsəd 2025-ci ilə qədər kütləvi istehsal və güclü təchizat zənciri yaratmaqdır.
Yarış süni intellektin və robotların gələcəkdə insanları ötüb keçə bilməyəcəyi ilə bağlı mübahisələri yenidən alovlandırsa da, ən azı qaçışda insanların hələ də üstün olduğunu göstərib.