Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 14-də qəbul edə bilər


Avropa İttifaqı ölkələri 17-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı mayın 14-də razılığa gəlmək niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti avropalı diplomatlara istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, assosiasiyaya üzv olan 27 ölkənin nümayəndələri bazar ertəsi günü yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı əsasən razılığa gəliblər. Çərşənbə günü onlar yeni sanksiyalar paketi ilə bağlı yekun razılığa gəlmək niyyətindədirlər. Belə olan halda, Aİ-nin xarici işlər nazirləri gələn həftə onu təsdiq edə biləcəklər.

Bazar ertəsi Brüsseldə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər”in təsdiqi daxil edilib.

Avropa Komissiyası 17-ci sanksiyalar paketini icma ölkələrinə keçən həftə təqdim edib. Sənəd Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiqlənə bilər.

AK Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı və 150 ​​tankeri qara siyahıya salmağı təklif edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu