Əlcəzair vətəndaşları Bakıda oğurluğa görə saxlandı


Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.


Səbail RPİ-nin 9-cu Polis Bölməsinə daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçirilib.

Paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu