KİV: Pakistan və Hindistan qoşunlarını sülh dövründəki mövqelərə çəkməyə razıdırlar


Hindistan və Pakistanın hakimiyyət orqanları qoşunlarını silahlı münaqişədən əvvəl tutduqları mövqelərə may ayının sonuna qədər geri çəkməyə razılaşıblar.

AFN.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Qoşunlar mayın sonuna qədər münaqişədən əvvəl tutduqları mövqelərə çıxarılacaq", - deyə Pakistan təhlükəsizlik xidmətinin adını açıqlamayan nümayəndəsi bildirib.

O, əlavə edib ki, qoşunların çıxarılmasının ilkin olaraq 10 günə başa çatdırılması planlaşdırılırdı, lakin proses “xırda problemlər” səbəbindən ləngiyib.

Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətində “Ləşkər-e-Taibə” qruplaşmasının yaraqlıları tərəfindən həyata keçirilən və 25 Hindistan vətəndaşının, bir Nepal vətəndaşının ölümünə səbəb olan terror aktından sonra pisləşib.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Pakistan da öz növbəsində bu həmləni cavabsız qoymayıb.

Mayın 10-da Hindistan və Pakistan tam atəşkəs elan ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu