Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını müzakirə edəcək


Aİ Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.



AFN.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan gündəlikdə məlumat yer alıb.



"Nazirlər 7-ci maddədə nəzərdə tutulmuş prosedur çərçivəsində və Avropa Parlamentinin təşəbbüsü ilə Macarıstanla bağlı səkkizinci dinləmə keçirəcəklər", - deyə proqramda bildirilir.



Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi, ümumi dəyərlərə zidd hərəkətləri əsas tutaraq, Aİ-yə üzv ölkələrin müəyyən hüquqlarının — o cümlədən şurada səsvermə hüququnun dayandırılması imkanını nəzərdə tutur.



Xatırladaq ki, bir çox Avropa İttifaqı rəsmiləri Budapeştin Birliyin əsas qərarlarını, xüsusilə də Rusiya ilə bağlı qərarları əngəlləməsi səbəbindən bu məsələnin gündəmə gətirildiyini bildiriblər. Bu haqda “Financial Times” məlumat yayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu