Mask Trampa vəd etdiyi 100 milyonu verməkdən imtina edə bilər

İlon Mask ABŞ prezidenti Donald Trampla münasibətlərində yaranan gərginliyə görə, onunla və respublikaçılarla əlaqəli strukturlara 100 milyon dollar köçürmək vədindən vaz keçə bilər.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, bu, 2026-cı ildə Konqresə aralıq seçkilərin nəticələrinə təsir edə bilər. Mask artıq Trampın seçki kampaniyasına azı 250 milyon dollar xərcləyib.
Nəşrin məlumatına görə, Mask ABŞ administrasiyasına təzyiq göstərmək üçün öz media resurslarından da istifadə edə bilər. Mask X-də “siyasi spektrin mərkəzində amerikalıların 80%-nin maraqlarını təmsil edəcək” yeni siyasi partiyanın yaradılması ilə bağlı sorğu dərc edib. 4,6 milyon iştirakçının 80%-dən çoxu sorğuya müsbət səs verib.