Trampın “DADDY” yazılı köynəyi maraqla qarşılanıb

ABŞ prezidenti Donald Tramp öz portreti və “DADDY” yazısı olan məhdud sayda köynəklər buraxıb.
AFN.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
“Bayden prezident olanda dünya səhnəsində bizə gülürdülər. Dünya bizi alçaltdı! Amma sizin sevimli prezidentiniz (mən!) sayəsində bizə yenidən hörmət edildi”, – deyə Tramp köynəyi təbliğ edən elektron məktubda bildirib.
Qeyd edək ki, bir müddət əvvəl NATO-nun baş katibi Mark Rutte Trampın İran və İsrail arasında münaqişə ilə bağlı açıqlamalarına münasibət bildirərkən zarafatla onu iki uşaq arasındakı mübahisəyə müdaxilə edən “ata” adlandırmışdı.
Daha sonra Ağ Ev ABŞ prezidenti Donald Trampın NATO sammitində “Daddy's home” mahnısı ilə müşayiət olunan videosunu da yayımlayıb.