Cənubi Koreya Şimala qarşı təbliğat yayımını dayandırdı


Cənubi Koreya 15 ildən sonra ilk dəfə Şimala qarşı radiodakı təbliğat yayımını dayandırıb.

Yonhap xəbər agentliyinin məlumatına görə, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Şimalla hərbi gərginliyi azaltmaq səylərinin bir hissəsi olaraq ‘Azadlıq Səsi’ yayımı dayandırılıb.

Açıqlamada yayımın günün erkən saatlarında dayandırıldığı və bunun son 15 ildə ilk belə qərar olduğu qeyd olunub.

Yayımda K-pop mahnıları ilə yanaşı, Şimali Koreya haqqında xəbərlər də təqdim olunurdu. Pxenyandakı hərbi hərəkətlər, o cümlədən Rusiyaya əsgər göndərilməsi kimi məlumatlar da radioda yayımlanırdı.

Qeyd olunur ki, radio proqramı 2010-cu ildə Cənubi Koreya donanmasına aid “Cheonan” döyüş gəmisinin batmasında Şimali Koreyanın iştirakı iddiası ilə yenidən başladılmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu