İndoneziyada məktəb binası uçdu: 1 nəfər öldü, 102 nəfər yaralandı



İndoneziyanın Şərqi Yava əyalətində təmir edilən yataqxana tipli məktəb binasının uçması nəticəsində ilkin məlumatlara görə 1 şagird həyatını itirib, 102 nəfər yaralanıb.

Polis və axtarış-xilasetmə qruplarının açıqlamasına görə, Şərqi Yavadakı Sidoarjo şəhərində təmir edilən məktəb binası çöküb.

İlkin məlumatlara görə, 1 şagird ölüb, yaralanan 102 nəfər xəstəxanaya yerləşdirilib.

Dağıntılar altında əsasən 12–17 yaş arası ən azı 65 şagirdin olduğu, binanın yenidən uçma riski isə axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilib.

Axtarış-xilasetmə işlərini idarə edən Nanang Sigit mətbuata açıqlamasında yüzlərlə xilasedicinin iştirak etdiyi əməliyyatların davam etdiyini, dağıntılar altında qalanlara su və oksigen təmin edildiyini bildirib.

Sigit qeyd edib ki, əməliyyat zamanı qruplar dağıntılar altında bir neçə meyit görüb, lakin əsas diqqət hələ də sağ qalanların xilas edilməsinə yönəldilib.

Təmirin icazəsiz aparıldığı iddia edilib və hadisə ilə bağlı araşdırma başlanılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu