Ukrayna rəsmiləri ABŞ-da "Tomahawk" istehsalçıları ilə görüşüblər


Baş nazir Yuliya Svırıdenkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edərək “Patriot” hava hücumundan müdafiə raket sistemləri (SAM) və “Tomahawk” uzaq mənzilli qanadlı raketləri istehsal edən şirkətlərin nümayəndələri ilə görüşüb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri və nümayəndə heyətinin üzvü Andrey Yermak məlumat verib.

“Baş nazir Yuliya Svırıdenko, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislicey və ABŞ-dakı səfirimiz Olqa Stefanişina ilə birlikdə biz ‘Lockheed Martin’‘Raytheon’ nümayəndələri ilə görüşdük”, - deyə o, teleqram kanalında yazıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu