Ağ Ev: Cenevrədə sülh planı maddələrinin çoxu üzrə razılıq əldə olundu


Ağ Ev sözçüsü Karolin Livit İsveçrənin Cenevrə şəhərində keçirilən Ukraynada sülh planına dair görüşlərin çox müsbət keçdiyini və maddələrin böyük əksəriyyəti üzrə razılıq əldə edildiyini bildirib.

ABŞ rəsmisi Ağ Evin bağçasında jurnalistlərin gündəmə dair suallarını cavablandırıb və Rusiya–Ukrayna prosesindəki son vəziyyəti dəyərləndirib.

Livit 23 noyabrda Cenevrədə keçirilən və ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 28 maddəlik sülh planının təfərrüatları ilə müzakirə edildiyi görüşlərin çox yaxşı və məhsuldar keçdiyini deyib.

Ağ Ev sözçüsü bildirib ki, hər kəs Cenevrədə ortaya çıxan nəticələrə görə nikbindir: Nazir Marko Rubio, Xüsusi Nümayəndə Stiv Vitkof və bütün komanda ABŞ tərəfindən hazırlanan və həm rusların, həm də ukraynalıların töhfələri ilə formalaşdırılan 28 maddəlik sülh planının maddələrini ətraflı şəkildə müzakirə etdilər. Nəticədə, bu maddələrin böyük əksəriyyəti üzrə razılıq əldə olundu.

Livit mətnin tamı üzərində razılaşma əldə edildikdən sonra Rrs tərəfi ilə görüşə gedəcəklərini qeyd edərək, “Bu müharibənin digər tərəfi olan rusların da bunları qəbul etməsini təmin etməliyik. Prezident bu müharibənin bir an əvvəl sona çatmasını istəyir” deyə vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu