Kişilərdə ürək sağlamlığı üçün 35 yaş dönüm nöqtəsidir


Yeni bir araşdırmaya görə, kişilərdə ürək-damar xəstəlikləri riski qadınlardan illərlə əvvəl, təxminən 35 yaşında başlamağa meyillidir. "Journal of the American Heart Association" jurnalında dərc olunan genişmiqyaslı tədqiqat kişilərin ürək sağlamlığı baxımından kritik səviyyələrə qadınlarla müqayisədə təxminən yeddi il daha tez çatdığını ortaya qoyur.

Mütəxəssislər vurğulayırlar ki, ürək xəstəlikləri bir gecədə yaranmır; onlar 30 və 40-cı yaşların əvvəllərindən etibarən illər ərzində inkişaf edir. Northwestern Universitetindən Dr. Sadiya Xan bildirir ki, həmin yaşlarda hələ hər hansı bir xəstəlik diaqnozu qoyulmasa belə, risk artıq formalaşmağa başlayır.

Risk fərqi 35 yaşında açılır

Tədqiqatçılar 5 mindən çox yetkin şəxsi 34 il boyu izləyərək aşağıdakı nəticələrə gəliblər:

* Kişilərin 5%-i ürək-damar xəstəliyinə təxminən 50 yaşında tutulduğu halda, qadınlar eyni göstəriciyə 57 yaşında çatırlar.
Bu xəstəlik növündə fərq daha qabarıqdır: Kişilər 48 yaşında risk həddinə çatır, qadınlar üçün isə bu yaş 58-ə yüksəlir.
50 yaşına çatdıqda, növbəti 10 il ərzində ürək xəstəliyinə tutulma riski kişilərdə 6%, qadınlarda isə cəmi 3% səviyyəsində qalır.

Tədqiqat göstərir ki, bu fərqi yalnız təzyiq, xolesterin və ya siqaret kimi ənənəvi risk faktorları ilə izah etmək mümkün deyil. Bioloji fərqlərlə yanaşı, sosial amillərin də bu mənzərədə rol oynadığı düşünülür.

Qadınlarda menopozdan sonra risk artır

Araşdırma kişilərdəki erkən riskə diqqət çəksə də, mütəxəssislər qadınların da ehtiyatı əldən verməməli olduqlarını xatırladırlar. Estrogen hormonunun qoruyucu təsirinin menopozla birlikdə azalması qadınlardakı riski qəfildən sürətləndirə bilər. ABŞ-da orta menopoz yaşının 52 olduğunu nəzərə alsaq, qadınların bu dövrdən sonra kişilərlə aradakı risk fərqini sürətlə qapatdığı bildirilir.

Profilaktik tədbirlər həyat qurtarır

Səhiyyə təlimatları artıq risk qiymətləndirilməsinə 40 yaş yerinə 30 yaşından başlamağı tövsiyə edir. Xüsusilə gənc kişilərin rutin tibbi müayinələrə getmə nisbətinin qadınlara görə çox aşağı olması riskin vaxtında aşkar edilməsini çətinləşdirir. Ürək sağlamlığını qorumaq üçün tövsiyə olunan əsas addımlar bunlardır:

* İldə azı bir dəfə qan təzyiqi, xolesterin və qan şəkərini ölçdürmək.
Sağlam qidalanmaq və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu