Reyn çayında suyun səviyyəsi üzrə tarixi minimum qeydə alınıb


Şimali Reyn-Vestfaliya federal torpağında Reyn çayında suyun səviyyəsi düşməkdə davam edir. Su Yolları və Gəmiçilik üzrə Federal İdarənin məlumatına görə, Köln şəhərində 56 sm olmaqla yeni tarixi minimum qeydə alınıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, proqnozlara əsasən, avqustun 14-ü axşam saatlarınadək Köln, Düsseldorff, Emmerix və Duysburq-Rurortda suyun səviyyəsi cari göstəricilərlə müqayisədə daha da aşağı düşəcək.

Gözlənildiyinə görə, gün ərzində Köln şəhərində Reynin su səviyyəsi 54 sm-ə, avqustun 14-ü axşama doğru isə 47 sm-ə qədər azala bilər. Düsseldorff hidroloji məntəqəsində tarixi minimum 10 sm təşkil edir (avqustun 7-də qeydə alınıb). Proqnoza əsasən, bu göstərici artıq avqustun 12-də yenilənəcək. Hazırda səviyyə 12 sm həddindədir, avqustun 14-ü axşam saatlarınadək onun 2 sm-ə qədər enəcəyi gözlənilir. Duysburq-Rurort məntəqəsində avqustun 11-də növbəti dəfə 140 sm-lik antirekord qeydə alınıb. Avqustun 11-i axşamınadək suyun səviyyəsinin 139 sm-ə, avqustun 15-dək isə 130 sm-ə düşəcəyi proqnozlaşdırılır.

Müxtəlif ölçmə stansiyalarında Reynin su səviyyəsi göstəricilərini bir-biri ilə müqayisə etmək olmaz, çünki vahid sıfır nöqtəsi mövcud deyil. Bununla belə, gəmiçilik farvateri sahil postundakı su səviyyəsindən xeyli dərindir. Məsələn, Köln şəhərində bu fərq 1,11 metr təşkil edir. Bu o deməkdir ki, gəmilər hərəkəti davam etdirə bilsələr də, yalnız kiçik həcmdə yüklə üzə bilirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu