İran Koreyaya xəbərdarlıq edib


İran Xarici İşlər Nazirliyi Koreya Respublikasını Seulun Hörmüz boğazına silahlı qüvvələr göndərmək qərarına gələcəyi təqdirdə ciddi fəsadların olacağı ilə bağlı xəbərdar edib.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının XİN nümayəndəsi İsmayıl Bəqayi "X" sosial şəbəkəsində bildirib. O qeyd edib ki, Koreya Respublikası ilə İran arasında münasibətlərin 64 ildən çox tarixi var və bu əlaqələr qarşılıqlı hörmətə əsaslanır.

"İran Koreya Respublikası ilə dostluq münasibətlərinə mühüm əhəmiyyət verir. Lakin İran xalqının Amerika təcavüzünü dəf etdiyi və ABŞ-ın iranlı qadınlara və uşaqlara qarşı hərbi cinayətlərinə qətiyyətlə cavab verdiyi bir şəraitdə, digər dövlətlərin Fars körfəzində və ya Hürmüz boğazında hərbi mövcudluğu yaxud əməliyyatlarda iştirakı təcavüzə birbaşa dəstək kimi qiymətləndirilməyə bilməz. Bu, ciddi fəsadlara yol açacaq", - deyə Bəqayi yazıb.

XİN nümayəndəsi qeyd edib ki, məsuliyyətli və suveren dövlətlər Amerikanın təzyiqlərinə və hədə-qorxularına boyun əyməməli, böyük İran xalqına qarşı cinayətkar əməllərdə və təcavüzdə iştirak etməməlidirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu