Banklar çökə bilər- Ekspert həyacan təbili çaldı
02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklara qəbul edilən əmanətlər 3 il müddətinə tam sığortalanıb və kompensasiya olunub.
AFN xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, əgər qanunda dəyişiklik edilib, müddət uzadılmazsa onda əmanətlərin geri çəkilməsi və yaxud əmanətlərin götürülüb, yenidən hissələrə bölünməklə yerləşdirilməsi prosesi başlaya bilər:
"Bu halda əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi bankları maliyyə çətinlikləri qarşısında qoya və ajiotaj yaradaraq maliyyə sisteminə inam bir daha sarsıda bilər".