"Qarabağ"ın qrupdan ikinci çıxmaq şansı çox böyükdür- ŞƏRH




"Hesab edirəm ki, nəinki "Qarabağ"ın, 2012-ci ildən başlayan avrokuboklarda qrup mərhələsi üçün belə düşərli püşk olmamışdı. Yəni, Azəbaycan ilk dəfə pley-offda təmsil olunmağa imkan verəcək 2-ci yer uğrunda ən real namizədlərdəndi. Bəli, ona görə 2-ci yer dedim ki, qrupumuzda qalib olmağa aşkar namizəd, favorit məhz "Sevilya"dı. Çünki bu İspaniya təmsilçisi nə qədər heyətində dəyişiklik olsa da, 1-ci yerə əsas namizəd olaraq qalır. Ən azı ona görə ki, "Sevilya" Avropa Liqasının əvvəlki adı olan UEFA Kubokunu da nəzərə alsaq, 5 dəfə qazanmaqla turnirin rekordçusudu. Biz isə 1/16 finala vəsiqə verən 2-ci yerə əsas iddiaçılardanıq".

Bunu AFN-ə Avroliqanın püşkatmasında təmsilçimiz "Qarabağ"ın qrupunun müəyyənləşməsini şərh edərkən Sport24.az-ın redaktoru Mehman Süleymanov deyib. Onun sözlərinə görə, bu mübarizədə əsas rəqibimiz "Qarabağ"a çox tanış olan APOEL-di: "Həmin APOEL ki, Çempionlar Liqasında (ÇL) bu mövsüm yolumuz kəsdi. Halbuki, Qurban Qurbanovun komandası Nikosiyada 2:1 hesabıyla qalib gəlmişdi, ancaq məşhur "Ayaks" ÇL-in pley-of mərhələsində orda yalnız qolsuz bərabərliklə kifayətlənmişdi. Sadəcə, APOEL məhz "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçi postunda dəyişikliyinin müsbət nəticəsini gördü. Almaniyalı Tomas Dollu baş məşqçi postuna gəitrən kiprlilər Bakıda 2:0 hesablı qələbə qazanmaqla ÇL-də münarizəni davam etdirdi. Bu, Dollun APOEL-də baş məşqçi postunda debütümdə reallaşdı. İndi "Qarabağ" üçün Dollu APOEL-dən qisas almaq üçün əla dürsət ələ düşüb.

"Düdelanj"a gəlincə, bu komandanın Lüsksemburq təmsilçisi olmağı qrupun autsayderi olmasıyla bağlı fikirlərə əsas verə bilər. Ancaq digər təfədən, "Düdelanj"ın ardıcıl 2-ci ildi Avroliqada qrupda təmsil olunacağını unutmaq olmaz. Bu komanda da Qurban Qurbanovun yetirmələrinə də tanış rəqibdi. Çünki "Qarabağ" 2016/17 mövsümündə ÇL-də mübarizəydə məhz "Düdelanj"la başlayaraq onu mübarizədən kənarlaşdırıb - evdə 2:0, səfərdə 1:1. Onu da nəzərə alaq ki, Lüksemburq futbolunun son illərdə inkişafda olmasını təkcə klubda yox, milli səviyyəsində görürük. "Düdelanj" qrupa düşmək uğrunda Ermənistan "Ararat"ını mübarizədən kənarlaşdırıb. Deməli, "Qarabağ" üçün Lüksemburq təmsilçisindən üstün olmaq baxımından böyülk stimul ola bilməz. İstənilən halda, "Qarabağ"ın qarşısınfa 1/16 finala vəsiqə verən, Azərbaycan futboluna növbəti tarix yazması baxımından böyük "yaşıl işıq" yanıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu