Erməni polisinin axtardığı qatil asılmış vəziyyətdə tapıldı




Ermənistanın paytaxtı Yerevanda asılmış kişi meyiti aşkarılanıb.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Erebuni rayonunda qeydə alınıb. Belə ki, polisə rayonun küçələrindən birində asılmış kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Həmin ünvana gələn polis əməkdaşları və müstəntiqlər 53 yaşlı Qarik B-nin meyitini asılmış vəziyyətdə aşkarlayıblar. O, 62 yaşlı Aramais A.-nın qətlə yetirilməsində şübhəli bilinərək axtarışda olub.

Fakt üzrə materiallar toplanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu