İyunun 1-dən sonra dərslər başlayacaq?
"İyunun 1-dən sonra məktəblər mərhələli şəkildə açılacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, iyunun 1-dən sonra məktəblər açılsa da, dərslər olmayacaq:
"İyunun 14-ə qədər davam edəcək müddətdə məktəbdaxili qiymətləndirmə, illik qiymətin yazılması, 1-ci sinfə qəbul kimi qeydiyyat və prosedur qaydaları həyata keçiriləcək. Aktiv dərs prosesləri nəzərdə tutulmur”.
Kamran Əsədov qeyd edib ki, təhsil müəssisələrinin açılması yalnız texniki işlərin görülməsi üçündür.