Filadelfiyada kütlə müəssisələri talan edir


Filadelfiyada etiraz aksiyaları zamanı, təxminən, min nəfər soyğunçuluqda iştirak edir.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

“Təxminən, min nəfərdən ibarət böyük kütlə Kastor və Araminqo rayonlarında müəssisələri qarət edir, bu rayonlardan yan keçin”, - polisin tvitter səhifəsində yazılıb.

Daha əvvəl “Newsweek” nəşri Filadelfiyada etirazların bazar ertəsi axşam saatlarında polisin qaradərili kişini öldürməsindən sonra başladığını bildirmişdi.

Xatırladaq ki, bazar ertəsi bıçaqlı olduğu iddia edilən 27 yaşlı qaradərili Uolter Uolles polisin üstünə doğru hərəkət edərkən qadının - ehtimal ki, anası olub – onu saxlamaq cəhdlərinə və hüquq-mühafizə orqanlarının silahı atıb dayanmaqla bağlı dəfələrlə etdiyi çağırışlara baxmayaraq dayanmayıb və zabitlər Uollesə bir neçə dəfə atəş açıb və o ölüb. Nəşr yazır ki, mərhumun ailəsi Uollesin psixi pozğunluqdan əziyyət çəkdiyini və dərman qəbul etdiyini iddia edir.

Filadelfiya polisinin komissarı Daniel Autlo hadisənin videosunun bir çox suallar doğurduğunu və polisin atəş açması ilə əlaqədar istintaq başlanacağını söyləyib. Filadelfiya meri Cim Kenni də hadisənin videoyazısının birmənalı olmadığını dilə gətirib və mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da ümumi seçkilər keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu