Paşinyan: “İstefa verməyəcəyəm”


“İstefa verməyə hazırlaşmıram”.



“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, vəzifədən yalnız xalqın iradəsi ilə gedəcəyini söyləyib.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan əraziləri düşməndən təmizləyib.

Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı hərbi əməliyyatları tam dayandırmaq barədə birgə bəyanat imzalayıblar.

Noyabrın 10-dan başlayaraq Ermənistanın paytaxtı Yerevan daxil olmaqla, ölkənin bir sıra bölgələrində fasiləsiz mitinqlər, itaətsizlik aksiyaları keçirilir. Nümayişçilər N.Paşinyanın istefasını tələb edirlər.

Ermənistan müxalifəti N.Paşinyanın yerinə ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu