ABŞ-ın kosmosdakı peyki partlayıb
ABŞ-ın işləməyən meteoroloji “NOAA 17“ peykinin kosmosda partlaması nəticəsində 16 qırıntı əmələ gəlib.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, peykin başqa obyektlə toqquşmasına dair əlamət yoxdur. Partlamazdan əvvəl peyk Yerin orbitindən minimum 800 km və maksimum 817 km uzaq olub. Partlayış nəticəsində əmələ gələn qırıntıların təhlükə yaradıb-yaratmayacağı məlum deyil.
“NOAA 17” 2002-ci ilin iyununda kosmosa buraxılıb və 2013-cü ilədək istismar edilib. Əvvəllər belə hadisələr peykin göyərtəsindəki batareyanın partlaması nəticəsində baş verib.