Somalidə 50-dən çox terrorçu məhv edilib


Somalidə antiterror əməliyyatı nəticəsində “Əş-Şabab” terrorçu qruplaşmasının 50 silahlısı məhv edilib.



“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, Somali ordusu iyunun 11-dən Hiran əyalətində qruplaşmaya qarşı əməliyyat keçirib.

Bildirilib ki, əməliyyat nəticəsində azı 50 silahlı zərərsizləşdirilib, qruplaşmanın yerləşdikləri ərazilər dağıdılıb.

Məlumata görə, son əməliyyat nəticəsində 6 kənd “Əş-Şabab” qruplaşmasından təmizlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu