Koronavirusa yoluxanların sayı artdı


Azərbaycanda bu gün koronavirus infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu gün Azərbaycanda koronavirus əleyhinə 41 733 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 17 994, ikinci mərhələ üzrə 23 739 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 530 767, ikinci mərhələ üzrə isə 1 711 960 nəfər təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu