Bu şirkətlər Əfqanıstana uçuşları dayandırdı


Rusiyanın "Aeroflot" avia şirkəti Əfqanıstana uçuşları müvəqqəti dayandırıb.


Bunu şirkətin nümayəndəsi Mixail Dyomin bildirib.

"Vəziyyət normala dönənə qədər təyyarələrimiz Əfqanıstan hava məkanından kənar uçacaq. Məhdudlaşma faktiki olaraq iki reysə tətbiq olunub. Bunlar Dehli və Bonqkok reysləridir", - deyə şirkət rəsmisi qeyd edib.

Bundan başqa, Rusiyanın digər aviaşirkəti “AirBridgeCargo” da Əfqanıstanın hava məkanı üzərindən uçuşları dayandırıb.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu