“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırdı


Rusiyanın “Aeroflot” aviaşirkəti martın 8-dən bütün beynəlxalq reysləri dayandırır.


Bu barədə məlumatı aviaşirkət yayıb.

““Aeroflot” uçuşların yerinə yetirilməsinə mane olan əlavə halların yaranması ilə əlaqədar martın 8-dən etibarən bütün beynəlxalq uçuşların müvəqqəti dayandırılması barədə məlumat yayır. Uçuşların dayandırılması, həmçinin “Rossiya” və “Avrora” aviaşirkətlərinin cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir”, - deyə məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu