“Ukraynalıların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan


“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatı qəbuledilməz hesab edirik”.


AFN.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Rusiyanın bu addımı bölgənin sülhünə, əmin-amanlıq və rifahına vurulmuş ağır bir zərbədir:

“Hər ikisini dost ölkələr olaraq gördüyümüz Rusiya və Ukraynanın bu cür qarşı-qarşıya gəlməsindən dərin kədər hissi duyuruq. Biz Ukraynada hər kəsin təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni edəcəyik. Dərin tarixi bağlarımız və dostluq əlaqələrimiz olan Rusiya və Ukrayna arasındakı problemlərin Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışımızı bir daha təkrar edirik. Dünən cənab Putinlə söhbətimdə də bunları dilə gətirdim”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu