"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.


Karlos Korberan"Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu