BMT-dən ABŞ-la bağlı heyrətamiz hesabat: hər 5 nəfərdən biri təcavüzə uğrayır...


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada hər 5 nəfərdən ən azı birinin iş yerində zorakılıq və təzyiqə məruz qaldığını açıqlayıb.


Belə ki, qurum iş yerində pis rəftara məruz qalanların yaş, cins və bölgəyə görə statistikasını aparıb. AFN.az “İş yerində zorakılıq və təcavüz təcrübələri: İlk Qlobal Araşdırma” adlı hesabata istinadən xəbər verir ki, iş yerində zorakılıq və təqib hallarına ən çox ABŞ-da rast gəlinir. Bu sırada ikinci yerdə Afrika gəlir.

Müsahibədə iştirak edən kişi və qadın işçilərin 17,9 faizi psixoloji zorakılığa və təzyiqə məruz qaldığını bildirib. İşçilərin 8,5 faizi fiziki zorakılığa və təcavüzə məruz qaldıqlarını açıqlayıblar. Maraqlıdır ki, kişi işçilər bu problemlə daha çox üzləşdiklərini deyiblər. Hesabatda fikirləri öyrənilən işçilərin 6,3 faizi, xüsusən də qadınlar cinsi zorakılığa və təcavüzə məruz qaldıqlarını deyiblər.

BƏT-in İdarəetmə, Hüquqlar və Dialoq üzrə Baş Direktorunun köməkçisi Manuela Tomei “İnsanların iş yerlərində bir dəfə deyil, bir neçə dəfə zorakılıq və təzyiqə məruz qaldıqlarını bilmək çox ağrılıdır” - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu