ABŞ Ukraynaya böyük məbləğdə yardım edəcək
ABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” ABŞ rəsmilərinin mənbələrinə istinadən yazır.
Bildirilib ki, bu, indiyə qədərki ən böyük yardım paketi olacaq və təxminən 3 milyard dollara başa gələcək.
Nəşr onu da qeyd edir ki, Kiyevə yeni hərbi yardım paketi yanvarın 6-da elan olunacaq və onun tərkibinə 50-yə yaxın “Bradley” piyada döyüş maşını daxildir.