Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlər işləmir


"Şadlıq saraylarında atmosfer havalarının çirkləndirilməsi qarşı qurulan filtrlər qənaətbəxş deyil".


AFN.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, aparılan yoxlamalar zamanı Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlərin işləmədiyi aşkarlanıb:

"Gəncə və Sumqayıtda isə 100 şadlıq evindən 30-da həmin vəziyyətin olduğu müəyyən edilib və onlara müvafiq cərimələr təyin edilib. Məqsəd sahibkarları cərimələmək deyil. Onları qanunvericiliyin tələblərinə riayət etməyə təşviq etməkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu