İsveçin xarici işlər naziri Quranın yandırılması aksiyasına münasibət bildirdi


İsveç Xarici İşlər Naziri Tobias Billström Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması aksiyasına münasibət bildirib.


AFN.az xəbər verir ki, Tobias Billstöm İsveç qanunlarına görə, ifadə azadlığının qorunduğunu bildirib. XİN başçısı əlavə edib ki, lakin bu, İsveç hökumətinin həmin hərəkətin tərəfdarı olduğu, aksiyanı dəstəklədiyi anlamına gəlmir.

Tobias Billstöm Aİ Xarici İşlər Nazirləri Şurasının Belçika paytaxtı Brüsseldə keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında mətbuat mənsublarının suallarını cavablandırıb. "İsveç hökuməti olaraq, ölkədə ifadə azadlığının olacağını bəyan edirik. Amma bu cür hərəkətlərin tərəfi olmadığımızı da bildiririk. Bu, məsuliyyət daşıdığımız bir şeydir və müqəddəs kitabların yandırılmasını dəstəkləmirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu