"Mart ayında hadisələr olacaq" - Ukrayna kəşfiyyatı


Ukraynanın şərqində gedən döyüşlərin intensivliyi Rusiya prezidentinin Ukraynanın şərq rayonlarının ələ keçirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırığı həyata keçirmək cəhdidir.


AFN.az-ın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov belə deyib.
“Fevral-mart aylarında biz çox fəal hadisələr gözləyirik. Putinin tapşırığı martdan əvvəl Donbası ələ keçirməkdir. Heç nə alınmayacaq. Bu tarixlər dəfələrlə geri çəkilib. Hazırda Donbasda müşahidə etdiyimiz intensivlik bu planları həyata keçirmək cəhdidir. Canlı qüvvə və texnika itkisi ilə yanaşı, düşmən diktatorun əmrlərini yerinə yetirməyə çalışır. Ona görə də, bəli, yaxın gələcəkdə fəal hadisələr olacaq”, - hərbi kəşfiyyat rəsmisi bildirib.
Eyni zamanda o vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri boş dayanmır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu