"ASELSAN"dan 123,5 milyon dollarlıq müqavilə
Türkiyənin "ASELSAN" şirkəti ilə adı açıqlanmayan beynəlxalq müştəri arasında 123,5 milyon dollarlıq beynəlxalq satış müqaviləsi imzalanıb.
"ASELSAN"ın İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə verdiyi açıqlamada, şirkətlə beynəlxalq müştəri arasında müdafiə sistemlərinin ixracı üçün 123,5 milyon dollar dəyərində xarici satış müqaviləsi imzalandığı qeyd edilib.
Mənbə: AA