Ukrayna pilotların hazırlanması üçün Çexiyadan F-16 simulyatoru alıb


Çexiya Ukrayna Silahlı Qüvvələrinin (APU) pilotlarına Amerika F-16 qırıcılarını idarə etmək bacarıqlarını öyrətmək üçün simulyator təqdim edib.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisindən məlumat verilib.

“Prezidentə pilotları qərb tipli F-16 təyyarələrində işə hazırlamaq üçün Çexiya tərəfindən Ukraynaya təhvil verilmiş simulyatorun istismarı göstərildi. Bu simulyatorda Ukrayna hərbçiləri müasir texnologiyanın xüsusiyyətlərini və onun imkanlarını öyrənirlər. Vladimir Zelenski kompleksin işini praktiki olaraq sınaqdan keçirib", - deyə məlumatda qeyd edilir.

"Politico" qəzeti isə yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin pilotları arasında ingilis dillilərin olmaması onların F-16 qırıcılarında təlim keçməsində problemə çevrilib. Bununla əlaqədar olaraq 20 hərbçi avqust ayında Böyük Britaniyada dil kurslarına başlaya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu